
Bakıda daha bir intihar hadisəsi baş verib.
Unikal.org APA-ya istinadən məlumat verir ki , hadisə Günəşli qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1968-ci il təvəllüdlü Zənfurə Əsəd qızı Əhmədova üzərinə yancaq tökərək özünü yandırıb. Ailə üzvləri tərəfindən xəstəxanaya çatdırılan qadını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.