Türkiyənin Ədirnə şəhərində maraqlı hadisə yaşanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı Hənifə Ağqıyıq adlı qadln 2,5 metr uzunluğunda balıq tutub. İstirahət üçün ailəs ilə gölə gedən qadının qurduğu tora uzunluğu 2,5 metr, çəkisi 72 kq olan balıq düşüb. Artıq 5 ildir ki, xobbi kimi balıqçılıqla məşğul olan qadın, mövsümün açıq elan edilməsi ilə böyük balıq tutub. Qadın bu böyüklükdə balıq tutacağını ağlına belə gətirmədiyini söyləyib.