Ağstafada qəbiristanlıqdan oğurluq olub.
Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Dağkəsəmən kəndində baş verib.
Belə ki, gecə saatlarında kənd qəbiristanlığına daxil olan şəxs və ya şəxslər Vidadi Yolçuyevin məzarının ətrafından 10 metr uzunluğunda dəmir hasar aparıblar. Mərhumun övladı Amil Yolçuyev səhər saatlarında qəbiristanlığa gəldiyi zaman məzarın ətrafının boş olduğunu görüb.
Zərərçəkən Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən kənd qəbiristanlığından oğurluğun baş verməsini ərazidə gözətçilərin olmaması ilə əlaqələndirib.
Faktla bağlı araşdırma aparılır.