Türkiyənin Konya şəhərində avtomobil dayanacağında güclü yanğın baş verib.
Unikal.org "Milliyet" qəzetinə istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Karatay rayonunun Tatlıcak məhəlləsində Konya Böyükşəhər Bələdiyyəsinə məxsus dayanacaqda olub.
Nəticədə 70-ə yaxın minik və yük avtomobilləri, o cümlədən mikroavtobuslar yararsız vəziyyətə düşüb, ətrafı qatı tüstü dumanı bürüyüb.
Yanğını təxminən iki saatdan sonra lokallaşdırmaq mümkün olub.
Hadisənin baş vermə səbəbləri məlum deyil.