Fransada keçirilən futbol üzrə Avropa çempionatının gedişi zamanı Uelsin Bala şəhərinə müəvəqqəti olara bu millinin lideri, Madridin "Real" klubunun yarımmüdafiəçisi Qaret Beylin adı verilib.
Unikal.org xarici mediaya istinadən bildirir ki, şəhərdə artıq bütün göstəricilər dəyişdirilib.
Uels yığması bu gün ikinci turda İngiltərə millisi ilə görüşüb. Oyunda hesabı da cərimə zərbəsi ilə Beyl açıb. Bu, onun Avropa çempionatında rəqib qapısından keçirdiyi ikinci qoldur.  Oyun isə İngiltərənin 2:1 hesabı ilə başa çatıb.