Fransada Avropa çempionatı çərçivəsində keçirilən Ukrayna-Şimali İrlandiya matçında fasilə yaranıb.
Unikal.org xəbər verir ki, buna oyun zamanı Lion şəhərinə dolu yağması səbəb olub.
Şimali İrlandiyanın 1:0 hesabı ilə irəlidə olduğu qarşılaşma 58-ci dəqiqədə dayandırılıb və 3 dəqiqədən sonra hakim tərəfindən davam etdirilib.
Hazırda oyunun ikinci hissəsi oynanılır.