"Lukoyl" şirkəti Ukraynaya Rusiyanın dizel yanacağı ixrac etməsi barədə müqaviləni yeniləyib.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, bu barədə azərbaycanlı milyarder, "Lukoyl" şirkətinin prezidenti Vahid Ələkbərov mətbuata açıqlamasında deyib.
O bildirib ki, söhbət kiçik həcmlərdən gedir: "Həcimlərin artırılması barədə hələ müzakirələr aparılmır".
Rusiyanın "Lukoyl" şirkəti 10 ay əvvəl Uraynaya dizel yanacağının ixracını dayandırmışdı. Bu ilin mart ayında Rusiyanın "Rosneft" şirkətinə Ukraynaya dizel yanacağı tədarük etməyə icazə verib.
Əvvəl bildirilirdi ki, şirkət Ukraynaya hər ay 100 min ton yanacaq ixrac etməyi planlaşdır.
2015-ci ilin sentyabrına qədər Rusiya şirkətləri Ukraynanın yanacağa olan ehtiyacının çox hissəsini təmin edirdi. Ancaq daha sonra Rusiya Ukraynaya yanacağın ixracını məhdudlaşdırdı. Rusiya tərəfi rəsmi Kiyevin yanacağı Donetsk regionunda dinc sakinlərə qarşı həyata keçirilən hərbi əməliyyatlar zamanı istifadə edəcəyindən ehtiyatlanırdı.