Yeddi rusiyalı futbol fanatı Almaniyanın Köln şəhərində ispan turistlərlə dalaşıb, onlardan altısı saxlanılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat verib.
"Təqribən 20:00-da Köln kilsəsi qarşısında onlar tərəfindən üç ispana hücum olub. Altısı saxlanılıb, biri qaçıb. Onların üzərində Rusiya-İngiltərə matçına bilet olub, matçda iştirak edib-etmədiklərini bilmirik. Onların Fransadan deportasiya olunub-olunmadıqları da bizə məlum deyil", - deyə agentliyin həmsöhbəti bildirib.
O qeyd edib ki, bütün saxlanılanların üzərində Moskva təyyarəsinə bilet olub.
Faktla bağlı Rusiya konsulluğu hələ ki, şərh verməyib.