Cümə axşamı Avropa çempionatı çərçivəsində Lionda Ukrayna və Şimali İrlandiya komandaları arasında keçirilən oyuna baxan 64 yaşlı azarkeş ürək tutmasından keçinib.
Unikal.org "Report"a istinadən xəbər verir ki, bu barədə "Frans Press" məlumat yayıb.
Agentlik ölən şəxsin milliyəti barədə məlumat əldə edə bilməyib. Eyni zamanda məlumdur ki, o, Şimali İrlandiya komandasına azarkeşlik edib. Ürək tutması tribunada 21:00-dan bir qədər gec baş verib. Hadisə yerinə gələn həkimlər onu həyata qaytara bilməyiblər.
Matç Şimali İrlandiyanın 2:0 hesablı qələbəsi ilə başa çatıb.