28 may Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə bir sıra ölkələrin rəhbərləri prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıblar. 

Unikal.org xəbər verir ki, məktublarda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Azərbaycan Respublikasının müstəqilliyinin ildönümü münasibətilə Zati-alinizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm. İran İslam Respublikası və Azərbaycan Respublikası iki qonşu dövlət kimi qədim ortaq tarixi, mədəni və dini dəyərlərə söykənərək Azərbaycan Respublikasının müstəqilliyindən sonra yüksək səviyyəli əlaqələr və mehriban qonşuluq münasibətləri nümayiş etdirir, müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirmək və genişləndirməklə iki xalqın rifahını və firavanlığını artırmağa, regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə töhfə verməyə qərarlıdırlar.

Qüdrətli Allahdan Zati-alinizə cansağlığı və müvəffəqiyyət, Azərbaycan Respublikasının şərəfli xalqına səadət diləyirəm.

Həsən Ruhani

İran İslam Respublikasının Prezident".

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi, eləcə də rifah və xoşbəxtlik arzularımı çatdırıram.

Əmin ola bilərsiniz ki, Azərbaycan, Fransa və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsini, xüsusilə Sizin və Birinci vitse-prezidentin, bildiyim qədər, yaxından diqqət yetirdiyiniz səhiyyə və ətraf mühit sahələrində qarşıya çıxan çətinliklərin aradan qaldırılması istiqamətində birgə təşəbbüslərimizin daha çox olmasını görmək arzusundayam.

Həmçinin icazə verin, Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə ədalətli və davamlı həllinə dair Fransanın qətiyyətli, tam və qərəzsiz öhdəliyini bir daha vurğulayım.

Cənab Prezident, məmnuniyyətlə Bakıda tezliklə yenidən görüşəcəyimizə ümid edir, Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Emmanuel Makron

Fransa Respublikasının Prezidenti".

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Sizi Respublika Günü münasibətilə gürcü xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Məmnunluq hissi ilə vurğulamaq istərdim ki, Gürcüstan Azərbaycan Respublikası ilə dost münasibətlərin inkişafına böyük əhəmiyyət verir. Ümid edirəm ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq xalqlarımızın rifahı naminə gələcəkdə daha da inkişaf edəcəkdir.

Fürsətdən istifadə edərək, Gürcüstanın Müstəqilliyi Günü münasibətilə göndərdiyiniz təbrikə görə Sizə öz minnətdarlığımı bildirirəm.

Zati-aliləri, bir daha Sizə ən dərin ehtiramımı ifadə edir və Azərbaycan xalqına sülh, əmin-amanlıq və rifah diləyirəm.

Hörmətlə,

Salome Zurabişvili

Gürcüstanın Prezidenti".