Uzun müddətdir Almaniyada xərçəng xəstəliyindən müalicə alan aparıcı Hacı Nuran efirə qayıdır.
Unikal.org axşam.az-a istinadən bildirir ki, o, yeni mövsümdə verilişini təqdim edəcək. Hacı Nuran "Hər şey daxil" verilişində bunları bildirib:
"Yeni nəfəslə, yeni veriliş olacaq. Yayda bir az müalicə götürəcəm. Yeni mövsümdə başlayacam. Bu tərz verilişə efir məkanında ehtiyac var".
Aparıcı "Planda evlənmək yoxdur" sualına belə cavab verib: "İstəyirəm, planımda var. Allahın qismətiylə o da olacaq".