Dağıstanın Dərbənd rayonunda Rusiyanın təhlükəsizlik qüvvələri ilə silahlılar arasında atışma olub.
 
Rusiya KİV-i xəbər verir ki, hadisə Dərbəndin Gəcux kəndində baş verib.
Silahlıların sayı və hadisə haqda ətraflı məlumat yayılmayıb.
Məlumatda bildirilib ki, Dağıstanın Süleyman-Stal rayonunda da antiterror əməliyyatı rejimi tətbiq edilib. Xəbərə əsasən, federal qüvvələrin əməkdaşları əməliyyat nəticəsində 4 silahlını öldürüblər.("Report")