Bakı Apellyasiya Məhkəməsində terror barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Aydın Xudiyev barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Unikal.org-un Trend-ə istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin vəkili prosesin ilkin baxış iclasından kassasiya şikayəti verdiyini bildirib. Hakim prosesi qeyri-müəyyən tarixə təxirə salıb.
İttihama görə, A.Xudiyev 2015-ci il iyunun 12-də I Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xidmətinə zəng edərək stadiona bomba qoyulduğunu bildirib.
O, polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış nəticəsində saxlanılıb. A.Xudiyevin evindən "Sony" markalı diktofon və "Panasonic" markalı kaset aşkarlanaraq götürülüb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Xudiyev apellyasiya şikayəti verib.O, şikayətində barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.




















.jpg)










.jpg)






.png)












