"İyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar".
 
Unikal.org bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilənə xəbərə görə, həmin gün bədrlənmiş Ay və iyun Günəş dönümü baş verəcək. Növbəti oxşar hadisənin 2042-ci ildə baş verəcəyi gözlənilir: "Yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.
 
İyul ayının sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqust tarixlərində çoxsaylı "düşən ulduz"-ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək".
 
Məlumata görə, payızın ilk günü qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, onun yalnız kiçik "alovlu" hissəsini görünməsinə imkan verəcək.