Bakı Apellyasiya Məhkəməsində Qobustan rayon İcra Hakimiyyətinin sabiq başçısı Rafiq Alışovun birinci instansiya məhkəməsinin hökmündən verdiyi şikayət üzrə məhkəmə prosesi başa çatıb.
Keçirilən prosesdə qərar elan edilib. Hakimlər kollegiyasının qərarına əsasən cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb.
Qeyd edək ki, ona Cinayət Məcəlləsinin 178.3.2( külli miqdarda dələduzluq), 320(vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib. 2013-cü ildə də Xəzər Rayon Məhkəməsinin qərarı ilə həbs edilən R. Alışov 1994-2001-ci illərdə Qobustan Rayon İcra Hakimiyyətinin başçısı olub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rafiq Alışov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. (Lent.az)