Xorvatiyada hökumət istefaya göndərilib.
Xorvatiya Parlamentində baş nazirin istefaya göndərilməsilə bağlı etimad səsverməsi keçirilib. Səsverməyə qatılan 135 deputatdan 125-i baş nazir Tihomir Oreskovicin vəzifəsindən uzaqlaşdırılması lehinə səs verib.
Oreskovicin etimad almaması bütün hökumət üçün keçərli olduğuna görə, mövcud hökumət də istefaya göndərilib. Hazırki hökumət yeni kabinet formalaşana qədər müvəqqəti olaraq fəaliyyətini davam etdirəcək.
Yeni hökumətin qurulması üçün keçiriləcək koalisiya danışıqları 30 günlük müddət ərzində başa çatdırılmalı və yeni hökumət formalaşdırılmalıdır. (AzNews.az )