Daxili İşlər Nazirliyi Qaradağda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.
 
Unikal.org nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 17-nə keçən gecə Qaradağ rayonunun Lökbatan qəsəbəsində Sumqayıt şəhər sakini Bilal Alxasovun idarə etdiyi "Chevrolet" və Bakı şəhər sakini Camal Məşədiyevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub və yolun hərəkət hissəsində qalıb. Həmin gün saat 01 radələrində Bakı şəhər sakini Rahib Seyfullayev idarə etdiyi "Niva" markalı avtomobili qeyd edilən avtomobillərə vurub. Nəticədə R.Seyfullayev hadisə yerində ölüb, sərnişini isə xəstəxanaya yerləşdirilib.
 
Qaradağ RPİ tərəfindən araşdırma aparılır.