Türkiyədə polisin ondan yardım istədiyi qadını zorlaması barədə xəbərlər yayılıb.
Türkiyə mətbuatı bildirir ki, İzmirdə 35 yaşlı qadın anası ilə yaşadığı problemlərə görə polisə müraciət edib. İddialara görə, polisin qadından xoşu gəlib və dəfələrlə onu müxtəlif bəhanələrlə bölməyə çağırıb. O, qadını evinə apararaq onu zorlayıb, daha sonra isə videosunu çəkərək şantaj edib. Çarəsiz qalan qadın olanları ərinə deyib. Polis barəsində şikayət edilib. O, vəzifəsindən uzaqlaşdırılıb.(Milli.Az)