Dağlıq Qarbağda Ermənistan ordusunun əsgəri öldürülüb.
Unikal.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti ölüm faktını təsdiqləyib.
Əsgər Hrant G.Qriqoryanın meyiti bu gün cəbhə xəttinin cənub istiqamətində təlim bölməsində tapılıb. Təlim bölməsi təmas xəttinin cənub istiqamətindədir.
1997-ci ildə təvəllüdlü əsgərin hansı şəraitdə öldüyü bəlli deyil. Ermənistan istintaq komitəsi hadisə ilə əlaqədar araşdırmaya başlayıb.
Ermənistan ordusunda sonuncu ölüm faktı iyunun 2-də qeydə alınıb.
Əvvəl 1997-ci il təvəllüdlü Xoren Harutunyanın ölümcül yaralandığı bardə məlumat verilib. Daha sonra onun həyatını itirdiyi bildirildi.
Mayın 31-də isə əsgər 1997-ci il təvəllüdlü Suren Armen Mosiyanın Qarabağda naməlum şəraitdə qəfildən ölüb.
Həmçinin mayın 26-də Ermənistan ordusunda bir gün ərzində iki əsgərin ölməsi barədə məlumat yayılmışdı. Öldürülən Vaqe Yeqoyanın 10 ayın əsgəri olduğu bildirilirdi. Yeqoyanın ölümünə səbəb olan güllə 19 yaşlı əsgərin başından dəymişdi.
Araşdırmalar nəticəsində məlum olub ki, əsgər mayın 25-də öz xidmət yoldaşı Q.Kosoqoblyan tərəfindən öldürülüb. Ermənistan İstintaq Komitəsinin məlumatına görə, Kosoqoblyan əvvəl əsgər yoldaşı ilə mübahisə edib. Daha sonra onu qələ yetirib.