Qaxda 3 tona yaxın narkotik bitkilər məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər zamanı rayonun Qaşqaçay və Fıstıqlı kəndləri ərazisində yabanı halda bitmiş çətənə kolları aşkar edilib.
Ümumi çəkisi 3 tona yaxın olan 5350 ədəd narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən kökündən çıxarılaraq yandırılma üsulu ilə məhv edilib.