Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyaların müddətini bir il uzadıb.
Rusiya mətbuatı xəbər verir ki, Aİ Rusiya ilə yanaşı Krıma qarşı sanksiyaların vaxtını 2017-ci ilin iyun ayının 23-nə qədər uzadıb.
Sanksiyalara cavab olaraq Rusiya Qərb ölkələrindən ərzaq idxalını məhdudlaşdırıb. Ərzaq embarqosu 2016-cı ilin avqustun 5-nə qədər davam edəcək.
Qeyd edək ki, bir neçə gün öncə Avropa İttifaqı Şurasının sədri Donald Tusk Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılacağını bəyan etmişdi: "Biz Rusiyaya qarşı sanksiyaları Minsk razılaşmalarının reallaşdırılması ilə əlaqələndirməliyik". (AzVision.az)