"Respublika" qəzeti baş redaktorunun müavini İsmayıl Allahverdiyevin həyat yoldaşı və qızının intiharı ilə bağlı açıqlama verib.
Qəzetdən Unikal.org-a verilən məlumata görə, redaksiyanın baş redaktorunun İsmayıl Allahverdiyev adlı müavini yoxdur:
"Bildirilib ki, ümumiyətlə qəzetdə bu adda əməkdaş olmayıb".
Qeyd edək ki, bir neçə saat əvvəl Yasamal rayonunda Dadaş Bünyatzadə küçəsində yerləşən yaşayış binalarının birində 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə və qızı 1990-cı il təvəllüdlü Mahmudova Xədicə İsmayıl qızı intihar edib.