Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun 56-cı kilometrliyində, Sumqayıtın “Yaşma” yaşayış massivindən keçən hissəsində qeydə alınıb.  "Toyota RAV" markalı avtomobilini sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini aşırıb. Hadisə nəticəsində 1964-cü il təvəllüdlü Mirzəyeva Rəsmiyyə Zöhrab qızı aldığı xəsarətlərdən dünyasını dəyişib. Avtomobildə olan digər 4 nəfər isə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.