Türkiyənin Antaliya şəhərindən 31 yaşlı azərbaycanlı qadın Könül Nəcəfova alkoqollu içkinin təsirindən intihara cəhd edib.

Unikal.org-un məlumatına görə, saat 05.00 radələrində Yuxarı Pazarcı Məhəlləsi Kordon Prospektindən Anfi Teatra gələn və daha sonra içkinin təsirindən Könül Nəcəfova körpünün üzərinə çıxaraq özünü çaya atıb. 

Antaliyanın Manavgat mahalında intihar etmək məqsədilə özünü çaya atan Könül gənc bir oğlan tərəfindən xilas edilib.

Halsız halda sudan çıxarılan qadına ilk müdaxiləni təcili tibbi yardım stansiyasının həkimləri edilib. Könül daha sonra Manavgat Dövlət Xəstəxanasına aparılıb. Onu xilas edən gənc isə hadisə yerindən uzaqlaşdığından, kimliyini müəyyən etmək mümkün olmayıb.

Polis də qadının spirtli içkinin təsirindən bu addımı atdığı barədə məlumat yayıb.