Bu ilin yanvar-may aylarında Azərbaycan əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 6,8% artaraq 22 164,1 mln. manat təşkil edib.
Dövlət Statistika Komitəsindən Unikal.org-a verilən məlıumata görə, əhalinin hər nəfərinə orta hesabla 2 244 manatlıq gəlir düşüb. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 20 386,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrünə nisbətən 7% çox vəsait qalıb.