İtkin düşən Şabran rayonunun Xırdaoymaq kənd sakini Dadaşova Nuranə Ədalət qızı tapılıb.
Unikal.org xəbər verir ki, 21 yaşlı qız evdən bilərəkdən getdiyini deyib.
ATV-də yayımlanan “Bizimləsən” verilişinin qonağı olan Nuranə bildirib ki, evdən qaçmasaydı, məcburi şəkildə ərə veriləcəkdi.
“Məni var-dövlətinə görə 70 yaşlı kişiyə məcburi ərə vermək istədilər”, deyə Nuranə bildirib.
Qeyd edək ki, Dadaşova Nuranə 3 ay əvvəl nişanlı olub. Lakin nişanlısı evli olduğu üzə çıxdığı üçün ayrılıblar.