May-iyun aylarında Bakıda torpaq bazarında 1-2 faiz səviyyəsində qiymət artımı müşahidə olunacaq.
Unikal.org xəbər verir ki, bunu Trend-ə daşınmaz əmlak sahəsində mütəxəssis Nüsrət İbrahimov deyib.
Onun sözlərinə görə, ötən ilin analoji dövründə qiymət artımı 4-6 faiz ətrafında dəyişirdi:
"Bu il bazarın bu seqmentində qiymətlər son iki illə müqayisədə aşağıdır. Bu, əsasən tikinti sektorunda fəallığın azalması ilə əlaqədardır".
Ekspert qeyd edib ki, iyul-avqust aylarında qiymətlərin sabit tendensiyası saxlanılacaq:
"Payıza yaxın torpaq bazarında 1-2 faiz səviyyəsində azalma müşahidə olunacaq".
N.İbrahimov xatırladıb ki, Bakıda torpaq bazarında ən yüksək qiymət artımı 2014-cü ildə qeydə alınıb:
"2014-cü ilin yay mövsümündə qiymətlər 8 faiz artıb, növbəti üç ildə isə bu sahədə qiymət artımı 4-6 faiz səviyyəsində dəyişib. Ötən il isə Bakıda torpaq sahələri 5,8 faiz bahalaşıb".
Ekspert əlavə edib ki, Bakıda ən bahalı torpaqlar şəhərin mərkəzi hissəsində, İçərişəhər, Xətai rayonu və metronun "Gənclik" stansiyası ətrafındadır.