Goranboy rayonunda 59 yaşlı qadını ilan sancıb.

Unikal.org xəbər verir ki, hadisə rayonun Xanqərvənd kəndində baş verib. 

Kənd sakini 1960-cı il təvəllüdlü Nəcibə Hacıyevanı yaşadığı evin həyətində ilan sancıb. O, yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.