Misir Mərdanova 1, milyard manatı yeməyə imkan verəcəklərmi?
10:58 16-10-2012
CƏMİYYƏT
Misir Mərdanova 1, milyard manatı yeməyə imkan verəcəklərmi?
Təhsil naziri postu uğrunda savaş daha da güclənə bilər
Gələn il Azərbaycanda təhsil xərclərinə 1530,4 milyon manat vəsait ayrılacaq. Bu, 2012-ci ilin xərclərindən 18,8 milyon manat, yaxud 1,2 faiz çoxdur.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 52,2 faizi natamam və orta təhsil xərclərinin, 25,8 faizi təhsil sahəsində tətbiqi tədqiqatlar və digər xidmətlərin, 3,7 faizi ali təhsil xərclərinin, 9,5 faizi məktəbəqədər və ibtidai təhsil xərclərinin, 5,3 faizi texniki -peşə məktəblərinin və liseylərin, 3,5 faizi internat və xüsusi məktəblərin maliyyələşməsinə yönəldiləcək.
Gələn ilin dövlət büdcəsində təhsil sahəsində əməkhaqqı sisteminin təkmilləşdirilməsi, pensiya təminatının yaxşılaşdırılması üçün 152,2 milyon, ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı 88,5 milyon manat, məktəbəqədər təhsilin maliyyələşməsinə 6,7 milyon manat, ümümtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması üçün 7,1 milyon manat, təhsil sisteminin informasiyalaşdırılmasına 13,5 milyon manat vəsait nəzərdə tutulub.
İlk dəfə olaraq 2013-cü ilin dövlət büdcəsində Azərbaycanın bəzi xarici ölkələrdəki diplomatik orqanlarında təhsil məsələləri üzrə müşavirlərin fəaliyyəti ilə bağlı xərclər və UNİSEF tərəfindən yeni 10 həftəlik pilot layihə kimi məktəbə hazırlıq təhsilinin yeni modelinin tətbiqi ilə bağlı xərclər üçün vəsait nəzərdə tutulub.
Son 5 ildə Azərbaycanın dövlət büdcəsində təhsil xərcləri 33,3 faiz artıb.
Azərbaycan reallığında vəziyyət belədir: hər sahəyə ayrılan vəsaitlə o sahədəki korrupsiyanın miqyası da paralel artır. Necə deyərlər, pul nə qədər çoxdursa, yeyinti də bir o qədər çoxdur.
Buradan çıxış edərək belə bir nəticəyə gəlmək olar: təhsilə büdcə vəsaitlərinin 1, 5 milyarda çatması Misir Mərdanovun postu uğrunda savaşı daha da gücləndirəcək. Bu qədər iri məbləği öz nəzarətinə keçirmək üçün çeşidli şəxs və qrupların hazırki təhsil nazirini görəvdən uzaqlaşdırmaq üçün əvvəlkindən daha çox güc sərf edəcəkləri şübhə doğurmur.
Bir sözlə, gələn il üçün təhsilə ayrılan büdcə pulları artıb, amma onu Misir Mərdanovun iştahına buraxarlarmı, buraxmazlarmı, bax bunu söyləmək çətin məsələdir.
Murad Can
Digər Xəbərlər
2024-11-23 20:52:26
2024-11-23 17:56:44
2024-11-23 17:48:33
2024-11-23 17:45:14
2024-11-23 17:42:09
2024-11-23 17:29:59
2024-11-23 17:16:46
2024-11-23 16:32:33
2024-11-23 16:20:57
2024-11-23 15:47:06
2024-11-23 15:40:24
2024-11-23 15:32:41
2024-11-23 14:39:22
2024-11-23 14:14:36
2024-11-23 12:58:51
2024-11-23 12:44:50
2024-11-23 11:53:04