Bakı Şəhər İcra Hakimiyyətinin Maliyyə idarəsinin rəisi vəzifəsində çalışmış Elçin Əliyev dünyasını dəyişib.
Bir ildən çoxdur ki, yıxılaraq komaya düşən E.Əliyev bu gün səhər 49 yaşında rəhmətə gedib.
Qeyd edək ki, uzun müddət komadan ayıla bilməyən idarə rəisi vəzifəsindən azad edilmişdi. Onun yerinə müavini Həsənov Təbriz Oruc oğlu təyin edilib. (Qafqazinfo)