Beynəlxalq Müəllimlər Günü münasibətilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX)  əməkdaşları məktəblərdə olublar.

SHXÇDX-dan Unikal.org-a verilən məlumata görə, Dövlət Xidmətinin rayon idarə, şöbə və bölmələrinin şəxsi heyəti məktəblərdə “Çağırışaqədərki hazırlıq” fənnini tədris edən hərbi rəhbərlərlə görüşlər keçirib, onları təbrik ediblər.

Ömürlərini gənc nəslin vətənpərvər ruhda böyümələrinə, hərbi biliklərə mükəmməl yiyələnmələrinə həsr edən və bu sahədə fərqlənən hərbi rəhbərlər təltif olunublar.