Ukrayna prezidenti Pyotr Poroşenko Krımın statusu ilə bağlı ölkə Konstitusiyasına dəyişikliklə bağlı anons verib.
Unikal.org Ukrayna KİV-nə istinadən bildirir ki, dövlət başçısı krım tatarlarının öz müəddəratını təyinetmə haqqını etiraf edərək dövlətin tərkibində muxtariyyat olmasına razılaşıb.
İyunun 3-də Poroşenko deyib ki, krım tatarları Kiyevə Krımın qaytarıması uğrunda mübarizədə kömək edəcək. Halbuki Ukrayna hakimiyyəti əvvəlcə bundan qorxurdu: "Ukraynanın bütün prezidentləri və bütün hakimiyyət əbəs yerə bundan çəkinib. Bu xalqa daha çox etibar etmək lazımdır".