Rusiya Liberal Demokrat Partiyasının (RLDP) lideri Vladimir Jirinovski partiyanın Moskvada keçirilən qurultayında Dövlət Dumasına seçkilərdəki şüarları bəyan edib.
Unikal.org-un Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, Jirinovski "Rusları məhv etməyi dayandırın", "SSRİ-nin sərhədlərini geri qaytaraq", "Dahi Rusiya, ayağa qalx" kimi şüarları səsləndirib.
O, bu cür şüarları Orta Asiya, Qafqaz, Ukrayna və Baltikyanı ölkələrdən "qovulan" milyonlarla rusiyalıya görə ifadə etdiyini söyləyib.
Qeyd edək ki, Dumaya seçkilər sentyabrın 18-də keçiriləcək.