"İstanbulun Atatürk Hava Limanında baş vermiş terror aktı nəticəsində zərərçəkənlər arasında Azərbaycandan sərnişin və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) əməkdaşları yoxdur".
Unikal.org xəbər verir ki, bunu Trend-ə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib.
P.Kəsəmənski əlavə edib ki, Bakı vaxtilə saat 23:30-a planlaşdırılan İstanbul-Bakı aviareysi Atatürk Hava Limanının bağlanması səbəbindən qeyri-müəyyən vaxtadək təxirə salınıb.
Qeyd edək ki, hava limanındakı partlayış nəticəsində 10 nəfər ölüb, 40 nəfər yaralanıb.