Voronej şəhərinin Kantemirov vilayətində iki azərbaycanlı məhkəmə qarşısına çıxırılacaq.
Unikal.org-un Ans press-ə istinadən məlumatına görə, 26 yaşlı Vəli Vəliyev və 22 yaşlı Raci Xanəliyev dövlət sərhədini qanunsuz keçdiyi üçün saxlanılıblar.
Məlumata görə, gənc oğlanlar mart ayında gecə vaxtı piyada Rusiya və Ukraynanın sərhədlərinə keçərək qanunu pozublar. Əvvəl azərbaycanlılara Rusiyanın ərazisində qanunları pozduqları üçün ölkəyə giriş qadağan olunmuşdu.
Hazırda saxlanılan şəxslər dövlət sərhədinin qanunsuz pozduqları üçün cinayət işi açılıb. İttiham olunan iki azərbaycanlı şəxs 6 il azadlıqdan məhrum oluna bilər.