Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib.   
 
Unikal.org-un "Haberturk"ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib.  

"Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub", - deyə baş nazir bildirib.  
 
Qeyd edək ki, bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.
 
Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.
 
Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.