İsmayıllı rayonu ərazisində yük avtomobili xırda buynuzlu heyvan sürüsünə çırpılıb, 80-dən çox qoyun tələf olub.
Unikal.org-un APA-ya istinadən məlumatına görə, hadisə bu gün 07.30 radələrində Qaraməryəm-İsmayıllı avtomobil yolunun 12-ci kilometrliyində, İsmayıllı rayonunun Hapıtlı kəndi ərazisndən keçən hissəsində qeydə alınıb.
Məlumata görə, 10-OD-285 dövlət nömrə nişanlı "KamAz" markalı yük maşını və 99-FS-470 dövlət nömrə nişanlı "Qazel" markalı yük avtomobili yüksək sürətlə hərəkətdə olarkən qışlaqdan yaylağa köç edən minlərlə baş qoyunun olduğu sürüyə çırpılıb. Nəticədə, azı 80 baş xırda buynuzlu heyvan tələf olub.
Hadisə yerinə yol polisi, baytarlıq idarəsinin əməkdaşları cəlb olunub.