Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, şəhər ziyalıları, din xadimləri və ictimaiyyət nümayəndələri iftar mərasimində iştirak edib.
Unikal.org-un "Qafqazinfo"ya istinadən məlumatına görə, mərasimdə "Qurani-Kərim"dən ayələr oxunub, dualar edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxışında bildirib ki, Azərbaycan xalqı əsrlər boyu öz milli və dini dəyərlərinə sadiq qalıb, özünün adət-ənənələrini yaşadıb. Dini dəyərlərimiz içərisində Ramazan ayının isə özünəməxsus yeri var. Bu ayın fəzilətləri bəşəri dəyərlərdən qaynaqlanır, insanların əmin-amanlıq, mərhəmət və bərabərlik içərisində yaşamasını təlqin edir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı vurğulayıb ki, milli və dini dəyərlərimizin yaşadılması ölkəmizin keçmişinə ehtiramımızın, gələcəyinə isə diqqətimizin ifadəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Tahir Abbasov Ramazan ayının İslam dinində böyük önəmə malik olduğunu vurğulayıb.