Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Brennan İstanbul Atatürk Hava limanındakı partlayışla bağlı bir iddia ilə çıxış edir.

Unikal.org lent.az-a istinadən bildirir ki, direktor 30 İŞİD (İraq Şam İslam Dövləti) üzvünün Türkiyəyə yollandığını söyləyib.

Brennan "NBC"-nin axşam xəbərlərində çıxış edərək bildirib ki, hazırda İŞİD-in üzvləri Əl-Qaidənin ən güclü olduğu vaxtdan belə daha artıqdır.
 
Məlumata görə, MKİ direktoru keçən həftə ABŞ Senatının Kəşfiyyat Komitəsini də İŞİD haqqında xəbərdar edib. O, terror təşkilatının Liviyadakı fəaliyyətinin genişlənərək Avropaya keçəcəyini vurğulayıb. Konkret olaraq bildirib ki, terror sayları getdikcə artacaq.