Türkiyənin tanınmış aktyoru Nezih Tuncay uzun sürən xəstəlikdən sonra iyunun 29-da 71 yaşında vəfat edib.
Unikal.org xəbər verir ki, bu məlumatı onun oğlu öz facebook səhifəsində paylaşıb. 
Qeyd edək ki, N.Tuncay bir çox film və seriallarda, o cümlədən "Məhəllənin muxtarları", "Yarpaq tökümü", "Rus gəlin"də maraqlı obrazlar yaradıb.