«Space TV» də Amil Xəlilin «Gəl dərdini danış» sosial-krminal layihəsində inanılmaz anlar yaşanıb.
Unikal.org xəbər verir ki, verilişə müraciət edən Xanımnisə adlı gəlin əri tərəfindən vəhşiliyə məruz qaldığını bildirib.
O, qeyd edib ki, əri onu hər gün döyürmüş: "7 aylıq hamilə idim. Mənə məcburi daş daşıtdırdı. 8 aylıq hamilə olanda uşağım dünyaya gəldi. Məni dəmir parçası ilə döydürü. Elə zülm edirdi ki, mən gedim evdən" - deyə Xanımnisə bildirib.
Əlindəki yanıq izlərini soruşan teleaparıcı cavab qarşısında dəhşətə gəlib.
«Bu əlimdə və qolumda olan izlər ütünün izidir. Ütü ilə yandırırdı məni.»
Biraz sonra qarşı tərəf verilişə qoşulub . Xanım nisənin əri kimi tanınan adam onunla evli olmadığını kafedə tanış olduğunu bildirib: "O kafe qızıdır. Kafedə xidmət göstərib. Mənim arvadım heç vaxt olmayıb".
Qadın işgəncəsinin dəhşətli üzlərini danışan Xanımnisə indi övladı üçün yardım istəyir.
Həmin anları sizə təqdim edirik.