Donbas ərazisində Ukrayna silahlı qüvvələrinə qarşı hücum olunub.
Unikal.org ANS PRESS-ə istinadən məlumat verir ki, Debaltsev rayonunda atışmalar baş verib. Bu barədə "Donetsk Xalq Respublikası"nın müdafiyə nazirliyi məlumat yayıb.
"Bu gün səhər 7-dən 8 qədər Ukrayna ordu qüvvələri Debaltsevo istiqamətində artilleriya və zirehli maşınların dəstəyi ilə irəliləyişə cəhd olunub". Məlumatda qeyd olunub ki, hücüm zamanı 122 millimetr kalibrli 116 top mərmisi buraxılıb. Atışmada xəsərət alanlar haqqında məlumat verilməyib.