Vladimir Putin prezident İlham Əliyevi təbrik edib
Vladimir Putin prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik məktubu göndərib. Təbrik məktubunda deyilir:
“Sizin ölkənizin iqtisadi, elmi-texniki, sosial-mədəni sahələrdə uğurları hamıya məlumdur. Azərbaycan dünya arenasında haqlı olaraq nüfuz qazanıb, beynəlxalq gündəlikdəki aktual məsələlərin həllində fəal rol oynayır. Məmnunluqla qeyd edirəm ki, möhkəm dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri müsbət məcrada inkişaf edir. Siyasi dialoq, çoxplanlı praktiki əməkdaşlıq, regional məsələlərdə qarşılıqlı tərəfdaşlıq əlaqələri genişlənir. Əminəm ki, bütün bunlar Rusiya və Azərbaycan xalqlarının mənafelərinə tam cavab verir, Müstəqil Dövlətlər Birliyi çərçivəsində inteqrasiya proseslərinin fəallaşmasına kömək edir. Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, respublikanızın vətəndaşlarına isə əmin-amanlıq və firavanlıq arzulayıram”.