Ağızdan gələn xoşagəlməz qoxunun bir çox səbəbi ola bilər. Məsələn, çürük dişlər, həzm sistemi xəstəlikləri, qurd xəstəlikləri və s. qoxunun yaranmasına səbəb olur.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, qoxunun səbəbini öyrənmək üçün həkim müayinəsindən keçmək lazımdır. Bununla yanaşı, bəzi təbii qidalar xoşagəlməz qoxunu dəf edə bilir.
Cəfəri
Cəfəri tərkibindəki flavinoidlər sayəsində qoxunu qısa zamanda aradan qaldırır, nəfəsi təravətləndirir.
Alma və kök
Həm sistemini fəallaşdıran bu ikili ağız qoxusuna səbəb olan bakteriyaları məhv etmək qabiliyyətinə malikdir.
Qatıq
Faydalı bakteriyalarla zəngin olan qatıq ağızda olan sulfid səviyyəsini aşağı salaraq, xoşagəlməz hisdən qurtulmağınıza yardımçı olur.
Çərəzlər
Qoz, fındıq, püstə, badam kimi çərəzlər ağızda bakteriyalara qarşı qoruyucu təbəqə yaradır. Tərkibindəki təbii yağlarla diş minasını qoruyaraq, həm qoxunun yaranmasına əngəl olur, həm da ağız sağlamlığı üçün çox faydalıdır.