Azərbaycanda 64 yaşında ana olan qadının dünyaya gətirdiyi əkiz uşaqlarla bağlı yeni xəbər var.

Unikal.org modern.az-a istinadən xəbər verir ki, körpələrin 64 yaşlı anası və 70 yaşlı atası artıq uşaqlara ad veriblər. Belə ki, ailənin yaxınlarının saytımıza bildirdiyinə görə, biri oğlan, digəri qız olan körpələrə İlham və Mehriban adları qoyulub. Yaşlı valideynlər əkiz körpələri Azərbaycan Prezidenti və onun xanımının şərəfinə adlandırdıqlarını bildiriblər.

Qeyd edək ki, 64 yaşlı azərbaycanlı qadının ana olması və əkiz uşaq dünyaya gətirməsi bir neçə gündür təkcə yerli medianın deyil, xarici mətbuatın da diqqətini çəkib. Bir sıra xarici KİV-lər də də bu olayla bağlı materiallar yayımlanıb.

Bu hadisədən sonra dünyada 64 yaşında övladı doğulan anaların sayı 6-ya çatıb. Azərbaycanlı qadın bununla həm də MDB məkanında bir ilkə imza atıb. Onun ərinin 70 yaşı var.

64 yaşlı qadın ərdə olduğu 40 il müddətində ana ola bilməyib. O, əkiz övladlarına süni mayalanma ilə hamilə qalıb və uşaqları qeysəriyyə əməliyyatı ilə dünyaya gətirib.