Oktyabrın 28-də səhər saat 10:00-dan təmir işləri başa çatanadək Samux rayonunun 2 yaşayış məntəqəsində qaz təchizatında fasilələr olacaq.

Bu barədə Unikal.org-a “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib. Bildirilib ki, Samux rayonu ərazisində yerləşən “Alabaşlı” ölçü qovşağının çıxışında quraşdırılmış kollektorda aşkar olunmuş qaz sızmalarının ləğvi işləri aparılacaq.