Oktyabrın 28-də Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.

Unukal.org xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

***

Oktyabrın 28-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib.

Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.