"Asanlıqla deyə bilərəm ki, bu, bizim üçün son şansdır. Bu qarşılaşmaya çox yaxşı hazırlaşmışıq".
Unikal.org report-a istinadən xəbər verir ki, bu fikirləri Kiprin APOEL klubunun futbolçusu Uroş Matiç Avropa Liqasının qrup mərhələsinin IV turunda evdə "Qarabağ"a qarşı keçirəcəkləri oyun haqqında danışarkən deyib.
Klubun televiziyasına açıqlama verən 29 yaşlı serbiyalı yarımmüdafiəçi azarkeşlərinin dəstəklərinə ehtiyacları olduğunu sözlərinə əlavə edib: "Ümid edirəm ki, insanlar xəyallarımızı reallaşdırmaq üçün bizə dəstək olacaqlar. Yeni ildən sonra da Avropada futbol oynamaq istəyirik. Təbii ki, fanatlara ehtiyacımız var. Onları arxamızda hiss edəndə, tamam fərqli olur. APOEL-in yaxşı azarkeşləri var və komandamız güclüdür. Ümid edirəm ki, bunları "Qarabağ"la matçda da görəcəyəm".
Qeyd edək ki, noyabrın 7-də Nikosiyadakı "GSP Arena"da keçiriləcək matç Bakı vaxtı ilə saat 21:55-də başlanacaq. Oyun 1/16 finala vəsiqə baxımından hər iki komanda üçün böyük əhəmiyyətə malik olacaq. Hazırda "Qarabağ" A qrupunda 4 xalla 2-ci, APOEL 1 xalla sonuncu pillədə qərarlaşıb.
"Qarabağ"la oyun bizim üçün son şansdır" - APOEL-in futbolçusu
22:06 05-11-2019
İDMAN
Digər Xəbərlər
2024-12-24 21:50:16
2024-12-24 21:20:12
2024-12-24 20:40:42
2024-12-24 19:58:40
2024-12-24 19:21:08
2024-12-24 18:09:50
2024-12-24 17:55:05
2024-12-24 17:18:37
2024-12-24 16:26:00
2024-12-24 15:32:19
2024-12-24 15:11:45
2024-12-24 14:44:55
2024-12-24 14:38:49
2024-12-24 14:25:00
2024-12-24 13:56:29
2024-12-24 12:17:50
2024-12-24 12:12:00
2024-12-24 11:55:41
2024-12-24 09:35:00