Türkiyənin İznik bölgəsində bağlı qapıları qeyri-adi üsulla açan qadın saxlanılıb.
Unikal.org xəbər verir ki, 12 oğurluq faktına görə axtarışda olan Rəfiyə Aksu küçədə gedərkən polislər tərəfindən tutulub. 56 yaşlı qadın bağlı qapıların qıfıllarını plastik butulka ilə açıb. Buna görə də oğurluqla məşğul olan qadına “Plastik butulka" ləqəbi verilib.