Hindistanda “MiG-29K” qırıcı təyyarəsi uçuşdan qısa müddət sonra quş sürüsü ilə toqquşduğuna görə qəzaya uğrayıb.
Unikal.org xarici mətbuata stinadən xəbər verir ki, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi açıqlama verib.
“Bu gün günorta saatlarında, müntəzəm təlim uçuşu zamanı iki yerlik “MiG-29K” qırıcısı Qoadakı Dabolim bölgəsindəki Hərbi Dəniz Qüvvələrinin “Hansa” aviabazasından havaya qalxdıqdan sonra quş sürüsü ilə toqquşub”.
Məlumata görə, pilotlar xilas olub.